Apa.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniyanın Kral Sahil Mühafizəsi neft tankeri ilə yük gəmisinin toqquşub.
APA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Kral Sahil Mühafizəsi bildirib ki, Şimal dənizində, Şərqi Yorkşir sahillərində tanker və yük gəmisi toqquşub.
Qeyd edilib kim bu gün səhər saatlarında baş verən toqquşmadan sonra təcili xilasetmə əməliyyatı aparılır. Hadisə yerinə bir neçə xilasedici qayıq və sahil mühafizəsinin xilasedici helikopteri cəlb edilib.
“Kral Sahil Mühafizəsi hazırda Şərqi Yorkşir sahillərində tankerlə yük gəmisinin toqquşması ilə bağlı xəbərlərə təcili cavab tədbirləri koordinasiya edir", - Sahil Mühafizəsinin sözçüsü bildirib.