Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya şahzadəsi Harri ötən gün gizli şəkildə Ukraynaya səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, o Lvovda müalicə alan ukraynalı müdafiəçilərlə görüşüb.
“Şahzadə Harrinin gözlənilməz səfəri yalnız Ukraynanı artıq tərk etdikdən sonra məlum olub”, - deyə vurğulanıb.
Qeyd olunub ki, Harri kral ailəsinin Ukraynaya səfər edən ikinci üzvü olub.
Daşqın Həsənov
Missiya.Az