Britaniya SEPAH ı terror təşkilatı kimi tanıya bilər

12.06.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Britaniya Lordlar Palatası SEPAH-ın (İslam İnqilabının Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanınması üçün hüquqi baza yarada biləcək milli təhlükəsizlik haqqında qanun layihəsinə baxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “iranintl.com” məlumat dərc edib.
Xəbərdə qeyd olunub ki, hökumət tərəfindən təqdim olunan sənəd daxili işlər nazirinin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.
Belə ki, nazir xarici dövlətlərlə əlaqəli olan və təhlükəsizliyə təhdid yaradan təşkilatların fəaliyyətini məhdudlaşdıra biləcək.
Qanun qəbul ediləcəyi təqdirdə, artıq gələn ay qüvvəyə minə bilər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью