Britaniya Smyrtos tankerindən satacağı neftin vəsaitini Ukraynaya verməyi planlaşdırır

25.06.2026

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer La-Manş boğazında saxlanılan "Smyrtos" tankerindən 100 min tondan çox neftin satılması və əldə olunan vəsaitin Ukraynaya verilməsi imkanını nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, Britaniyanın bir çox rəsmi şəxsləri gəmidəki neftin artıq onların ölkəsinə məxsus olduğunu hesab edirlər və indi London onun necə istifadə olunacağına qərar verə bilər. Qəzetin məlumatına görə, Britaniya nazirləri tankerinin göyərtəsində olan "Urals" markalı nefti hərraca çıxarmağı planlaşdırırlar.

Qəzet əlavə edib ki, neftin bazar dəyəri təxminən 35 milyon funt-sterlinq təşkil edir və Britaniya hökuməti əldə olunan məbləğin Ukrayna Silahlı Qüvvələrinə verilməsi təklifini öyrənir.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью