Icma.az, Ayna portalına istinadən məlumat verir.
Müdafiə naziri müttəfiqləri Ukraynaya raket təchizatını artırmağa çağırıb
Böyük Britaniya müdafiə naziri Ues Stritinq müttəfiqlərini Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü artırmağa çağırıb. AYNA.AZ xəbər verir ki, nazir bunu "The Times" qəzetindəki köşəsində yazıb.
Britaniya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə ehtiyac var. O, Kiyevin müttəfiqlərinin hava hücumundan müdafiənin qarşıdan gələn qışa hazır olmasını təmin etmək üçün indi hərəkətə keçməli olduqlarını vurğulayıb.
Nazir qeyd edib ki, "Böyük Britaniya lazımi resursları təmin edə biləcəyi yerdə biz bunu edəcəyik. Və edə bilmədiyimiz yerdə mənim işim müttəfiqlərimizi belə imkanlar tapmaq üçün səfərbər etməkdir".