Britaniya Ukraynaya 9,5 milyon dollar ayıracaq

19.11.2024

Icma.az bildirir, Anews saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti Ukrayna üçün hücum və kəşfiyyat PUA-larının alınmasına təxminən 9,5 milyon dollar ayırmağı planlaşdırır.Bu barədə "RBK-Ukrayna" Britaniya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Hökumət yeni hücum və kəşfiyyat dronlarının alınması üçün 7,5 milyon funt sterlinq (9,5 milyon dollar) məbləğində əlavə hərbi dəstək elan edir", - məlumatda qeyd olunur.

Pilotsuz uçuş aparatları Ukraynaya Böyük Britaniya və Latviyanın rəhbərlik etdiyi, Kiyev üçün pilotsuz uçuş aparatlarının birgə alınması ilə məşğul olan ölkələr koalisiyası vasitəsilə təhvil veriləcək.


www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью