525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ramşteyn görüşündə Birləşmiş Krallıq Ukraynaya hava hücumundan müdafiə sektorunda təxminən 685 milyon avro dəyərində böyük bir hərbi yardım paketini elan edib.
525.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Qili bildirib.
"Kiyev hava hücumundan müdafiə sistemləri, raketlər və dronları vurmaq üçün avtomatlaşdırılmış qüllələr alacaq. Ukraynalılar həm hərbi, həm də mülki şəxslər olaraq böyük cəsarətlə mübarizə aparmağa davam edirlər", - nazir deyib.
Britaniyanın müdafiə üzrə dövlət katibi Ukraynanın müdafiəsi üzrə təmas qrupunun Ramşteyn formatında keçirilən 32-ci iclasına həmsədrlik edir.
Pərvanə Sultanova