Britaniya Ukraynaya hərbi personal göndərməkdən imtina edib

26.11.2024

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın xarici işlər naziri qoşunların Ukraynaya göndərilməsini rədd edib

“Böyük Britaniya öz hərbi personalını Ukraynaya göndərmək niyyətində deyil”. AYNA xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi İtaliyanın “Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Biz La-Manş boğazı boyunca on minlərlə ukraynalı əsgərə təlim keçmişik və bunu davam etdirəcəyik. Amma biz Britaniya əsgərlərini Ukraynaya göndərməyəcəyik. Bu məsələdə bizim mövqeyimiz həmişə çox aydın olub”, - deyə nazir vurğulayıb.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynadakı münaqişənin kritik mərhələyə keçdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью