Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. ...150 milyon funt sterlinq dəyərində Böyük Britaniya Ukraynaya dəstək istiqamətində
Bu barədə qərar fevralın 12-də Brüsseldə NATO qərargahında keçirilən Ukrayna sammitində açıqlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu toplantı 26-cı Ukrayna müdafiə əlaqə qrupu çərçivəsində keçirilir və ilk dəfə olaraq Avropa ölkəsi tərəfindən idarə olunur.
Sammitə rəhbərlik edən Böyük Britaniyanın müdafiə naziri Con Hili Böyük Britaniyanın Ukraynaya 150 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketi ayırdığını elan edib.
Bu paket çərçivəsində pilotsuz uçuş aparatları (PUA), tanklar və hava hücumundan müdafiə sistemləri Ukrayna ordusuna təqdim ediləcək.
Sammitdə 50-dən çox müttəfiq və tərəfdaş ölkənin nümayəndələri, o cümlədən Ukrayna, ABŞ, Yaponiya və Avstraliya iştirak edib.
Görüş Ukraynaya uzunmüddətli dəstəyin və təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq birliyin səylərini gücləndirmək məqsədi daşıyır.
Böyük Britaniyanın Ukraynaya verdiyi dəstək yeni 100 illik tərəfdaşlıq çərçivəsində həyata keçirilir.