Britaniya Ukraynaya mindən çox raket verəcək

17.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün, o cümlədən dron əleyhinə nəzərdə tutulan mindən çox qısamənzilli raket vermək niyyətindədir.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Raketlərdən əlavə, yardım paketi 10-dan çox HHM radiolokasiya stansiyasının və dron əleyhinə raketlər üçün buraxılış qurğularının tədarükünü nəzərdə tutur. Silahların ümumi dəyəri təxminən 330 milyon dollar olaraq qiymətləndirilir. Tədarüklərin dekabrın ortalarında başlaması planlaşdırılıb.

Britaniya MN-dən həmçinin xatırladıblar ki, daha əvvəl London qış ərəfəsində Kiyevə HHM-i gücləndirmək üçün 400 zenit raketi verib.

Bundan əlavə, Böyük Britaniya, Ukrayna və İsveç, Stokholmun "Gripen" qırıcı təyyarələrinin Kiyevə verilməsi mexanizmini nəzərdə tutan niyyət memorandumu imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью