Britaniya Ukraynaya mümkün qoşun yeridilməsi planını təsdiqlədi

21.11.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


London atəşkəs əldə olunarsa, öz hərbi hissələrini “könüllülər koalisiyasının” tərkibində Ukraynaya göndərmək planını artıq hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili “Bloomberg”in sualına cavabında deyib.
“Biz Ukraynada kəşfiyyat apardıq, ona görə də hansı bölmələrdən istifadə edə biləcəyimizi, onları necə yerləşdirə biləcəyimizi və onların hansı rol oynaya biləcəyini bilirik”, - nazir deyib.
Hilinin sözlərinə görə, London öz qoşunlarının göndərilməsi və yerləşdirilməsi üçün 130 milyon dollardan çox xərcləməyə hazırdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью