Britaniya Ukraynaya qoşun göndərəcəyini açıqladı

03.03.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Böyük Britaniya Ukrayna ərazisinə silahlı kontingent göndərməyə hazırdır.

Gununsesi.info “Röyters”ə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Key Starmer deyib.

O söyləyib ki, Britaniya lazım gələrsə, digər ölkələrlə birlikdə Ukraynaya quru qoşunları və təyyarələrin göndərilməsində aparıcı rol oynayacaq.

Starmer Ukraynaya qoşun yeritməyə hazır olduğunu martın 3-də axşam saatlarında Avropa liderlərinin bu ölkəyə hərbi yardımla bağlı görüşünün yekunları üzrə parlamentdə çıxışı zamanı bəyan edib. Onun sözlərinə görə, London Kiyevi dəstəkləməkdə lider mövqe tutmalıdır. Eyni zamanda siyasətçi ABŞ-nin dəstəyinə ehtiyac olduğunu da bildirib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью