Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, çatdırılma ABŞ prezidenti Donald Trampın Kiyevə uzaqmənzilli "Tomahawk" raketlərini göndərməkdən imtina etməsindən Londonun narahatlığı fonunda və qışın yaxınlaşması ərəfəsində Ukraynaya sursat təmin etmək məqsədilə həyata keçirilib.
Agentlik qeyd edib ki, Böyük Britaniya hökuməti Ukraynaya "Storm Shadow" raketlərinin çatdırılması ilə bağlı rəsmi məlumatları dərc etmir.
Rusiya dəfələrlə bildirib ki, uzaqmənzilli zərbələr Kiyev tərəfindən deyil, hədəfləməni həyata keçirən Qərb ölkələrinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Rusiyanın məsələyə reaksiyası ənənəvi olub: "Prezident Vladimir Putinin dəfələrlə qeyd edib ki, Ukraynaya hətta ən müasir Qərb silahlarının belə verilməsi döyüş meydanındakı vəziyyəti dəyişdirməyəcək", - deyə Kremildən bildirilib.
Qadir, Bizimyol.info