Britaniya və ABŞ da COVID in yeni variantı olan Nimbus yayılır

20.06.2025

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyada, ABŞ-da COVID-in yeni variantı olan Nimbus  yayılır. Virus Avropa və Rusiyaya çata bilər.

AzPost “Daily Mail” nəşrinə istinadən bildirir ki, bu barədə həkimlər xəbərdarlıq edib.

Mütəxəssislərin fikrincə, təkcə Britaniyada son bir ay ərzində yoluxma hallarının sayı iki dəfə artıb. Əsas simptom boğazda şiddətli ağrıdır.

Həkimlər çoxsaylı xəstəliklər və peyvəndlər səbəbindən insanların immunitetinin əhəmiyyətli dərəcədə zəiflədiyini qeyd ediblər. İndi ekspertlər və əczaçılıq şirkətləri mutasiyaya uğrayan virusdan qorunmaq üçün daha güclü peyvənd üzərində işləyirlər.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью