Britaniya və Fransa tezliklə ABŞ a Ukrayna ilə bağlı planı təqdim edəcək

06.03.2025

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Plan Kiyev və Vaşinqton arasında dialoqun bərpası da daxil olmaqla, bütün məsələləri nöqtələməlidir

Fransa, Böyük Britaniya və Ukrayna ABŞ üçün müvəqqəti atəşkəs və uzunmüddətli təhlükəsizlik təminatlarını nəzərdə tutan sülh planının hazırlanmasını bir neçə gün ərzində başa çatdırmaq niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters”ə avropalı diplomatlar bildiriblər.

Yüksək səviyyəli diplomatın fikrincə, plan Kiyev və Vaşinqton arasında dialoqun bərpası da daxil olmaqla, bütün məsələləri nöqtələməlidir.

Fevralın 28-də ABŞ-dan hərbi yardımın və kəşfiyyatın dayandırılmasına səbəb olan prezident toqquşmasından sonra iki tərəf arasında münasibətlər kəskin şəkildə pisləşib.

"Biz planın həftələr deyil, günlər ərzində həyata keçiriləcəyini gözləyirik", - mənbə vurğulayıb.

Martın 2-də axşam Londonda Ukraynanın müzakirə olunduğu beynəlxalq təhlükəsizlik sammiti baş tutub. Müzakirələrdə Ukrayna lideri Volodimir Zelenski ilə yanaşı, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью