Britaniya və Yaponiya Kiyevə 1 milyard dollar ayırıb

24.12.2024

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Ukrayna Dünya Bankının İnkişaf Siyasəti Krediti çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1 milyard dollar alıb.

Azpost.info xəbər verir ki, bu tranş sosial və humanitar sahələr üzrə xərcləri ödəyəcək.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

“Ukraynaya Yaponiya və Böyük Britaniyadan 1 milyard dollar vəsait ayrılıb”, – Şmıqal bildirib.

Vəsait Ukrayna iqtisadiyyatının gücləndirilməsinə və sosial və humanitar sahədə prioritet xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью