Britaniya xəstəxanaları görünməmiş xəstə axını səbəbindən kritik vəziyyətlə üzləşib | Icma…
Icma.az, Report.az saytına istinadən bildirir. Böyük Britaniyanın böyük xəstəxanaları qrip və digər tənəffüs yoluxucu viruslara yoluxmuş xəs
“Report” xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb.
Bəzi səhiyyə xidmətlərinin təcili yardım şöbələrində gözləmə müddəti 50 saata qədər ola bilər.
“Səkkiz böyük xəstəxana son 24 saat ərzində təcili yardım şöbələrində mövsümi qriplə bağlı "mövsümi yüksək tələbat" səbəbiylə kritik vəziyyətlərin olduğunu bildirib və bir xəstəxana gözləmə yardımının 50 saat çəkə biləcəyi barədə xəbərdarlıq etdi", - nəşr yazıb.
Milli Səhiyyə Xidmətinin rəhbərliyi qripə yoluxma hallarının artması (gündə 5 000-ə qədər), koronavirus və norovirusun yayılmasının davam etməsi səbəbindən səhiyyə işçilərinə ciddi təzyiqin olduğunu təsdiqləyib.
Buna misal olaraq kritik yüklənmə səbəbindən artıq fövqəladə vəziyyət elan edən Liverpul (50 saatlıq gözləmə elan edən), Hempşir və Plimut xəstəxanalarını göstərmək olar.
Bizim Telegram kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu