Britaniya XİN rəhbərindən Bakı və İrəvanla bağlı açıqlama

18.03.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.

"Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью