Britaniya Yaxın Şərqə operativ qruplar göndərir

02.03.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Böyük Britaniya vətəndaşların Yaxın Şərqdən çıxarılmasına kömək üçün operativ qruplar göndərir.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper deyib.

“Böyük Britaniya Yaxın Şərqdən öz vətəndaşlarının təxliyəsinə yardım göstərmək üçün dəstək sistemləri qururdu. Təxminən 300 min nəfər bölgədə olması ilə bağlı qeydiyyatdan keçib.

Biz geniş seçim imkanlarını nəzərdən keçiririk, xüsusilə turizm sənayesi ilə əməkdaşlıq edirik. Lazım gələrsə, hökumət tərəfindən təxliyə həyata keçiriləcək”, - o bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью