Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Britaniya mövcud donanmasının texniki vəziyyəti ilə bağlı narahatlıqlar fonunda hərbi gəmi istehsalının tempini sürətləndirməyi planlaşdırır.
Bakıvaxtı.az "The Times" qəzetinə istinadən xəbər verir ki, məqsəd 5 ədəd "Tip 31" freqatının istehsalını artırmaqdır.
Qəzetin yazdığına görə, Britaniya öz məqsədinə çatmaq üçün müdafiə şirkəti "Babcock"un Şotlandiya bölməsi gəmiqayırma zavodunun işçi heyətini genişləndirə və ya işi iki növbədə təşkil edə bilər.
Əgər sürətləndirilmiş qrafik olarsa, bu tip ilk freqat 2028-ci ildə hazır ola bilər.
Gülşən Şərif