Britaniya “zoomerlər” səbəbindən ildə 125 milyard funt sterlinq itirir

10.08.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

Gənclər xidmətlərində xərclər 76 faiz azalıb. Minlərlə gənc klubu bağlanıb, sosial işçilər işlərini itiriblər

Böyük Britaniya “zoomerlər” (Z nəsli) səbəbindən ildə təxminən 125 milyard funt sterlinq itirir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, təxminən bir milyon britaniyalı nə işləyir, nə oxuyur, nə də təlim keçirlər. Nəşr qeyd edir ki, 2008-ci il maliyyə böhranı və koronavirus pandemiyası dövründə böyüyən nəsil çətinlik çəkir: yaşayış xərcləri artır, dövlət xidmətləri azaldılır və əmək bazarı süni intellektin inkişafı ilə transformasiya olunur.

Britaniyada gənclər xidmətlərində xərclər 76 faiz azalıb. Minlərlə gənc klubu bağlanıb, sosial işçilər işlərini itiriblər.

Məqalədə deyilir: "Faciə ondadır ki, Britaniya zəif sosial nəticələrin qarşısını almağa xərcləmək əvəzinə, uğursuzluğun nəticələrinə böyük məbləğdə vəsait ayırıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью