Britaniya zülmdən azad olmalıdır İlon Maskdan qalmaqallı ÇAĞIRIŞ

06.01.2025

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Amerika Britaniyanı ölkə hakimiyyətinin zülmündən azad etməlidir.

Publika.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Amerika Britaniyanı tiran idarəçiliyindən azad etməlidir", - deyə sahibkar çağırıb. Bununla belə, o, Britaniyanın hazırkı Baş naziri Starmerin hökumətini nəzərdə tutub-tutmadığına aydınlıq gətirməyib.

İş adamı bu ifadəyə razılıq sorğusunu da əlavə edib. Hazırda sorğuda 328,1 min istifadəçi səs verib, onların 66,9 faizi bəyanatı dəstəkləyib.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью