Britaniyada 100 dən çox milyoner özlərinə vergilərin artırılmasını istəyib

24.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Böyük Britaniyada 120-yə yaxın milyoner hökumətə müraciət edərək onlar üçün vergilərin artırılmasını xahiş edib. Bu barədə Patriotic Millionaires UK təşkilatı məlumat yayıb.

Yeni baş nazir Endi Börnhəmə ünvanlanan açıq məktubu imzalayanlar arasında İngiltərə milli komandasının sabiq kapitanı Qari Lineker, musiqiçi Brayan İno, Greggs kafe şəbəkəsinin keçmiş rəhbəri İen Qreq və yazıçı Vəl Makdermid də var.

Məktubda bildirilir ki, söhbət işləyən vətəndaşlar üçün vergilərin artırılmasından deyil, əsas gəliri sərmayə və aktivlərdən formalaşan ən varlı şəxslərin daha çox vergi ödəməsindən gedir.

Müraciət müəlliflərinin sözlərinə görə, sorğuda iştirak edən milyonerlərin 75 faizi varlılar üçün vergilərin artırılmasını dəstəkləyir. Onlar bunun ölkənin sosial rifahını və dövlət xidmətlərini qorumağa kömək edəcəyini hesab edirlər.

"Biz ölkəmizi sevirik və onun inkişaf etməsini istəyirik. Vergi ödəməklə fəxr edirik və ölkəni tərk etmək fikrimiz yoxdur", – deyə məktubda vurğulanır.

Patriotic Millionaires UK təşkilatı sərvəti 10 milyon funt sterlinqdən çox olan şəxslər üçün 2 faizlik sərvət vergisinin tətbiqini təklif edir. Təşkilatın hesablamalarına görə, bu addım dövlət büdcəsinə hər il əlavə 24 milyard funt sterlinq gəlir gətirə bilər.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью