Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İrs" partiyasının lideri Devid Kerten Böyük Britaniya hökumətini ABŞ-nin ardınca Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağa çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Prezident Donald Tramp ABŞ-nin ÜST-dən çıxması barədə fərman imzalayıb. Ölkəmiz də eyni addımı atmalıdır", - D.Kerten bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.
Daha əvvəl “Financial Times” qəzeti yazıb ki, ABŞ ÜST-dən çıxdığı təqdirdə, təşkilat maliyyələşmənin böyük hissəsini itirə bilər.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.