Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Böyük Britaniyada ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən Ferford aviabazası yaxınlığında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, Britaniya polisi bazar günü partlayıcı maddə saxlamaqda şübhəli bilinən bir neçə kişini saxlayıb və hava bazasının yaxınlığında yerləşən evlərin sakinlərini təxliyə edib. Bazaya doğru hərəkət edən üç nəqliyyat vasitəsi şübhə doğurub. Onlar sonra terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs ediliblər.

Londondan təxminən bir saat yarım məsafədə yerləşən qərbi İngiltərədəki Ferford aviabazası ərazisində fövqəladə vəziyyət elan edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları və avadanlıqları cəlb olunub.

AP xatırladır ki, baza ABŞ hərbçiləri tərəfindən İrana qarşı zərbələr endirmək üçün istifadə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью