Britaniyada bir milyon ailə evlərini isitməkdə çətinlik çəkir AZƏRTAC

24.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 24 dekabr, AZƏRTAC

Britaniyada hökumət statistikasının təhlilinə əsasən, 16 yaşından kiçik uşaqları olan ailələrin 17.6 faizi evlərini qızdırmaqda çətinlik çəkir.

AZƏRTAC xəbər verir ki, bu göstərici 2023-cü ildə bütün ev təsərrüfatları arasında 13 faiz idi. Liberal Demokratlar tərəfindən aparılan təhlilə görə, bu məsələ ilə bağlı ən çox zərər çəkən bölgələr Qərbi Midlands, Yorkşir və Hamber olub.

Həmçinin qeyd olunub ki, 2023-cü ildə ev təsərrüfatlarının 36.4 faizi, yəni 8.91 milyon insan - mənzil xərcləri çıxıldıqdan sonra gəlirlərinin 10 faizindən çoxunu enerjiyə sərf edib. Bu rəqəm əvvəlki illə müqayisədə 9 faiz artıb.

Britaniyada ev təsərrüfatı ilə bağlı qiymətlərin gələn ilin yanvar ayında daha da artacağı gözlənilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью