Britaniyada böyük DƏYİŞİKLİK: Üç ölkə referendum istəyir

13.09.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bazar ertəsi Kardiffdə bir araya gələrək öz ölkələrinin öz müqəddəratını təyinetmə və müstəqillik referendumları keçirmək hüququ ilə bağlı bəyannamə imzalayacaqlar.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Qeyd olunur ki, ilk dəfədir Böyük Britaniyanın bu üç muxtar ərazisinin hökumətlərinə müstəqilliyi və ya İrlandiyanın birləşməsini dəstəkləyən siyasi qüvvələr rəhbərlik edir.
Tərəflərin iqtisadiyyat, energetika, Avropa İttifaqı ilə münasibətlər və mümkün “Böyük Britaniyadan sonrakı gələcəyə” hazırlıq məsələlərində əməkdaşlıq barədə razılığa gələcəyi gözlənilir.
Şotlandiyanın lideri Con Suinni bildirib ki, mövcud vəziyyət “davamlı deyil” və Vestminsterin ciddi konstitusiya dəyişikliklərinə hazırlaşmasının vaxtı çatıb.
Böyük Britaniyanın baş naziri isə növbəti parlament seçkilərinədək Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendum keçirilməsini istisna edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью