Britaniyada böyük qıtlıq: Pivə daşıyan yük maşını oğurlandı

01.01.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyada naməlum şəxslər içərisində yüzlərlə çəllək “Guinness” pivəsi olan yük maşını oğurlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Məlumata görə, 25 dekabr Milad öncəsi Britaniya barları “Guinness” pivəsi qıtlığı ilə üzləşib və bu da onları satışını məhdudlaşdırmağa məcbur edib.

Nəşr yazıb ki, oktyabrın ortalarında naməlum şəxslər 400 ədəd 50 litrlik pivənin olduğu yük maşınını oğurlayıblar.

Daşıma şirkəti polisə müraciət edib. Hələlik oğruların yerini müəyyənləşdirmək mümkün olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью