Britaniyada casusluqda günahlandırılan üç iranlı mühakimə ediləcək

07.06.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London məhkəməsində keçirilən ilkin dinləmə zamanı bildirilib ki, eyniadlı şəhərdə İranın kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan üç iranlının məhkəməsi 2026-cı ilin oktyabrında Britaniyada başlayacaq.

"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, üç iranlı Britaniyada məlumat toplamaqda və zorakılıq aktları törətməyi planlaşdırmaqda ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью