Britaniyada eşşəkarıları müəmmalı şəkildə yoxa çıxır

12.09.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 

Böyük Britaniyada bu yay eşşəkarılarının sayının qeyri-adi dərəcədə azalması alimlərin diqqətini çəkib.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Mütəxəssislər azalmanın konkret səbəbini hələ müəyyənləşdirməyiblər. Hava temperaturunun dəyişməsi, istilər və qida çatışmazlığı mümkün amillər sırasında göstərilir.

Alimlər eşşəkarılarının ekosistemdə zərərvericilərin sayını tənzimləmək və bəzi bitkiləri tozlandırmaq baxımından mühüm rol oynadığını xatırladırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью