Britaniyada etiraz aksiyalarında 100 dən çox adam həbs edildi

19.07.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniyada Fələstin tərəfdarı “Palestine Action” hərəkatının krallıqda qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı 100-dən çox adam saxlanılıb.

Bakıvaxtı.az “The Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə nümayişlərin keçirildiyi həmin şəhər və rayonların polisinin bəyanatında deyilir.

İngiltərənin cənub-qərbində Mançesterdə 18, Bristolda 17, Kornuolda Truro şəhərində 8 Londonda isə 65 nəfər saxlanılıb.

Əksər hallarda həbslər 2000-ci il Terrorizm Aktının 6 aya qədər həbs cəzasını nəzərdə tutan 13-cü maddəsinə əsasən həyata keçirilib. Aksiyaları “Defend Our Juries” hüquq müdafiə təşkilatı təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью