Britaniyada etirazçılar ABŞ nin aviabazasının girişini bağlayıblar

02.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir qrup etirazçı Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazasının əsas girişini bağlayıb.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ictimai asayişi pozma və digər hüquqpozmalar törətmə şübhəsi ilə həbslər həyata keçirirlər.

"Qanlı müharibələrə son" (No More Bloody Wars) etiraz qrupunun məlumatına görə, aksiya ABŞ-nin iştirak etdiyi "qanunsuz müharibələrə" qarşı yönəlib və sabah keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərlə əlaqələndirilib.

Aksiyanın on iştirakçısı bazanın əsas girişində özlərini avtomobilə və bir-birinə bağlamaq üçün xüsusi möhkəm qıfıllardan istifadə ediblər.

Etirazçılar Britaniya hökumətini ölkə ərazisindəki ABŞ hərbi bazalarını bağlamağa çağırıb, Londonun Yaxın Şərqdəki münaqişələrə dəstəyini dayandırmasının vacibliyini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью