Britaniyada “Formula 1“ Qran prisinin 100 illiyi münasibətilə xatirə sikkəsi buraxılacaq

04.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın Kral Zərbxanası ölkədə "Formula-1" üzrə Qran-prinin keçirilməsinin 100 illiyinə həsr olunmuş sikkə buraxacaq.

Moderator.az xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sikkənin nominal dəyəri 50 pens olacaq. Onun üzərində 1926-cı il bolidi və müasir yarış avtomobili təsvir ediləcək.

Qeyd edək ki, Böyük Britaniya Qran-prisi 1926-cı ildən keçirilir və ilk dəfə "Bruklends" trasında baş tutub. 1987-ci ildən etibarən yarışlar "Silverstoun" trasında təşkil olunur. 1950-ci ildən isə avtomobil yarışları üzrə "Formula-1" dünya çempionatının mərhələsi statusunu daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью