Britaniyada həbsxana əməkdaşları elektroşok silahları tələb ediblər

21.04.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 21 aprel, AZƏRTAC

Böyük Britaniyada həbsxana əməkdaşları təhlükəli məhkumlara qarşı özlərini qorumaq üçün elektroşok silahlarının - taserlərin dərhal istifadəyə verilməsini tələb edirlər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu tələb, Mançester Arenasında törədilmiş terror aktının təşkilatçılarından biri olan Haşim Abedinin Durham qraflığında yerləşən Frankland həbsxanasında nəzarətçilərə isti yağ ataraq və özünə düzəltdiyi kəsici alətlərlə onları yaralamasından sonra irəli sürülüb.

Həbsxana İşçiləri Assosiasiyasının (POA) milli rəhbəri Mark Fairhurst bildirib ki, onlar taktiki məqsədlə elektroşok silahlarının istifadəsini tələb edirlər: “Ən böyük narahatlığım odur ki, həyatımıza real təhlükə yarandığı hallarda artıq taktiki seçimlərimiz qalmır. Dəyənəklər və gözyaşardıcı sprey kifayət etmədikdə, əlimizdə başqa vasitə olmur”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью