Britaniyada ilk: BEKHEM MİLYARDER OLDU

15.05.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabiq futbol ulduzu Devid Bekhem rəsmi olaraq Birləşmiş Krallığın ilk milyarder idmançısı olub.

Apasport.az xəbər verir ki, bu, onun və həyat yoldaşı Ledi Viktoriyanın son bir ildə sərvətlərini ikiqat artırmasından sonra baş verib.

"Sunday Times" qəzetinin "Rix List"inə görə, məşhur cütlüyün ümumi sərvəti 1,505 milyard dollardır.

Bu, onların 2025-ci il siyahısındakı 635 milyon dollarlıq sərvətindən təxminən 2,5 qat artıqdır.

Ailənin maliyyə yüksəlişi Bekhemlərin ABŞ-a uğurlu investisiyaları, xüsusən də Lionel Messinin "İnter Mayami" ilə müqavilə imzalaması ilə əlaqələndirilir. 

Qeyd edək ki, Devid futbolçu karyerası ərzində "Mançester Yunayted", "Real", "Milan" və PSJ-nin heyətində çıxış edib.

Türkiyə Superkubokunda iştirak edəcək komandalar müəyyənləşib "Fənər" Edersonun əvəzedicisini tapdı İtaliya Kuboku: “İnter” ÇEMPİON Fransa çempionatının qalibi müəyyənləşdi - ARDICIL 5-ci dəfə Hansı oyun, hansı kanalda? - TV AFİŞA
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью