Britaniyada ilk: Qadın arxiyepiskop seçildi

30.07.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Böyük Britaniyaya daxil olan Uelsdə yeni arxiyepiskop Monmut yepiskopu Çerri Vann seçilib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, tarixdə qadının belə “rütbə” aldığı ilk haldır.

“66 yaşlı Vann çərşənbə günü Çepstou yaxınlığındakı Müqəddəs Piter kilsəsində ruhanilər və din xadimlərindən ibarət seçki kollegiyası tərəfindən iki günlük müzakirələrdən sonra seçilib”, - məqalədə deyilir.

Qeyd edilir ki, Vann ümumiyyətlə anqlikan kilsəsində keşiş kimi xidmət etməyə icazə verilən ilk qadındır. Onun LGBT icmasına aid olduğu da materialda vurğulanır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью