Britaniyada iqlim fəalları Darvinin məzarını boyayıblar VİDEO

14.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın iqlim fəalları çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünas Çarlz Darvinin məzarını sprey ilə boyayıblar.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd edilib ki, "Just Stop Oil" adlanan fəallar Böyük Britaniya hökumətinin ətraf mühit siyasətinə etiraz olaraq Vestminster Abbatlığındakı məzarı hədəf alıblar.

Görüntülərə əsasən, iqlim fəalları məzarın üzərində sprey ilə "1,5 öldü" yazıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью