Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London, 31 may, AZƏRTAC Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj partiyanın artıq bitkoin və digər kriptovalyutalarla ianə qəbul edəcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Las-Veqasda keçirilən bitkoin konfransında çıxışı zamanı məlumat verib.Artıq “Reform UK” partiyasının vebsaytı kriptovalyuta ilə ianələri qəbul edə biləcək şəkildə yenilənib.
Saytda yerləşdirilmiş açıqlamada qeyd olunur ki, bütün ianələr Seçki Komissiyasının qaydalarına tabedir və anonim ianələrə icazə verilmir.
Aytən AbbaslıAZƏRTAC-ın xüsusi müxbiriLondon Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.