Britaniyada polis PKK ilə əlaqəli altı nəfəri həbs edib

27.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın terrorla mübarizə polisi Londonda “PKK” ilə əlaqəsi olan 6 nəfəri həbs edib.

APA “The Guardian”a istinadən xəbər verir ki, eyni zamanda Londondakı kürd icma mərkəzində axtarış aparılıb.

Həbslərin PKK ilə əlaqəsinin olduğu ehtimal edilən icmanın fəaliyyətinin araşdırılması nəticəsində baş verdiyi qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью