Britaniyada qan ehtiyatları azalıb, 200 min yeni donor axtarılır

10.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 10 iyun, AZƏRTAC

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) ölkədə qan ehtiyatlarının kritik həddə çatdığını açıqlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, qurum 200 min yeni donorun axtarışına ehtiyac olduğunu vurğulayıb. Qan ehtiyatlarının aşağı səviyyədə olması səbəbilə ötən il “sarı xəbərdarlıq” (“amber alert”) elan edilmişdi. Hazırda isə vəziyyətin daha da pisləşdiyi, xüsusilə O neqativ qan qrupuna tələbatın yüksək olduğu bildirilir. Bu qan qrupu əksər xəstələrə verilə bildiyi üçün xüsusi əhəmiyyət daşıyır.

İngiltərədə qan donasiyası sisteminə nəzarət edən “NHS Blood and Transplant” (NHSBT) qurumunun rəhbəri Dr. Co Farrar bildirib ki, hazırda təxminən 800 min müntəzəm donor var və bu sayın ən azı 1 milyona çatdırılması vacibdir.

Bildirilib ki, qan ehtiyatlarının daha da azalması “qırmızı xəbərdarlıq” səviyyəsinə səbəb ola bilər. Bu isə xəstələrin müalicəsinin gecikməsi və ictimai təhlükəsizliyin təhdid altına düşməsi deməkdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью