Britaniyada Rusiya ilə bağlı gözlənilməz bəyanat: Düşmənimiz deyil

30.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Britaniya İrs Partiyasının lideri Devid Kurten Rusiyanın Qərbin düşməni olmadığını bildirib.

Publika.az xəbər verir ki, Kurten bu barədə özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Partiya lideri bu bəyanatı ilə yanaşı, Rusiya bayrağının təsvirini də paylaşıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da təşkil olunan mətbuat konfransında ölkəsinin Böyük Britaniya ilə işləməyə hazır olduğunu bildirib.

Valeh

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью