Britaniyada tankerlə toqquşan gəminin kapitanı rus olub

12.03.2025

Icma.az, Ayna portalına istinadən məlumat verir.

İngiltərə sahillərində tankerlə toqquşan "Solong"un kapitanının Rusiya vətəndaşı olduğu üzə çıxıb

Britaniyada tankerlə toqquşan gəminin kapitanının rus olduğu üzə çıxıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, gəminin sahibi Ernst Russ İngiltərə sahillərində tankerlə toqquşan "Solong"un kapitanının Rusiya vətəndaşı olduğunu bildirib.

Bundan əvvəl Şimal dənizində Böyük Britaniya sahillərində ABŞ bayrağı altında üzən “Stena Immaculate” neft tankeri və Portuqaliya bayrağı altında üzən “Solong” yük gəmisi toqquşub. Toqquşma hər iki gəminin göyərtəsində yanğınlarla nəticələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью