Britaniyada Ukrayna ilə bağlı kritik məsləhətləşmələr başlayır

21.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabah Böyük Britaniyada Ukrayna ilə bağlı yeni danışıqlar raundu start götürəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko mənbələrə istinadla məlumat verib.

Onun sözlərinə görə, görüşdə Qərb ölkələrinin və Kiyev administrasiyasının nümayəndələri iştirak edəcək.

“Bu, məhz o məsləhətləşmələrdir ki, onların nəticəsində Ukrayna–Avropa–Britaniya və ABŞ-ın vahid mövqeyi formalaşdırılmalıdır. Daha sonra bu mövqe Rusiyaya çatdırılacaq”, – deyə Qonçarenko əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью