Britaniyada və beynəlxalq miqyasda onlarla internet xidməti, tətbiq və veb saytın fəaliyyə…
Icma.az bildirir, Azertag portalına istinadən. London, 20 oktyabr, AZƏRTAC Dünyanın aparıcı bulud xidməti provayderlərindən biri olan “Amazo
AWS şirkəti rəsmi açıqlamasında bildirib ki, problemin aradan qaldırılması və əsas səbəbin müəyyənləşdirilməsi üzərində fəal şəkildə işləyir
Bundan əlavə, “Amazon”un öz xidmətləri olan “Alexa” və “Prime Video” da fəaliyyətində fasilələrlə üzləşib.
AWS bildirib ki, nasazlıq ABŞ-ın şərq sahilində yerləşən "US-East-1" məlumat mərkəzlərində yaranıb.
Bu region bir çox beynəlxalq veb-xidmətlər üçün əsas infrastruktur hesab olunur.AWS-in 2021-ci ilin sonlarında baş verən oxşar nasazlığı təxminən 12 saat davam etmiş və “Amazon”un öz çatdırılma xidmətlərini də dayandırmışdı.AWS hazırda dünyanın ən böyük bulud hesablama şirkəti sayılır və ondan minlərlə veb-sayt və tətbiq bundan istifadə edir.
Buna görə də belə bir texniki problem qlobal miqyasda internet xidmətlərinə ciddi təsir göstərir.
Hazırda "Amazon" mühəndisləri nasazlığın miqyasını qiymətləndirir və xidmətlərin mərhələli şəkildə bərpası üzərində işləyir.Aytən AbbaslıAZƏRTAC-ın xüsusi müxbiriLondon Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu