Britaniyada yüzlərlə aviareys ləğv edilib

09.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

London, 9 sentyabr, AZƏRTAC

Böyük Britaniyada dünən hava hərəkətinə nəzarət sistemində yaranan texniki problemin fəsadları bu gün də davam edir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, aviasiya analitikası şirkəti “Cirium”un məlumatına görə, çərşənbə günü ölkə hava limanlarında indiyədək 291 aviareys ləğv edilib. Bunlardan 120-si uçuş, 171-i isə eniş reysidir. Ləğv edilən reyslər gün ərzində planlaşdırılan 5869 uçuşun təxminən 5 faizini təşkil edir. Şirkət bildirir ki, adi günlərdə ləğv olunan reyslərin göstəricisi 1-2 faiz arasında olur.

Sentyabrın 8-də isə texniki nasazlıq səbəbindən Böyük Britaniyada təxminən 1750 aviareys ləğv edilib və yüz minlərlə sərnişin çətinliklərlə üzləşib. Uçuşların ləğvi və gecikmələri səbəbindən bəzi sərnişinlər gecəni hava limanlarında keçirməli olub. Hava limanlarında sərnişinlərin döşəmədə yatdığını əks etdirən görüntülər yayılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью