Britaniyadakı səfirliyimiz Dublində səyyar konsulluq xidmətləri təşkil edəcək

14.02.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Briləşmiş Krallığındakı səfirliyi konsulluq xidmətlərini əlçatan etmək məqsədilə martın 1-də İrlandiyanın Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, səyyar konsulluq zamanı xidmət saat 14:30-18:30 aralığında mümkün olacaq.

Xidmətlərlə yanaşı, İrlandiyada yaşayan azərbaycanlılar üçün konsulluq-hüquq sahəsində qarşılaşdıqları çətinliklər barədə sorğu-sual imkanı da yaradılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью