Britaniyadan ÇAĞIRIŞ Rusiya aktivləri Ukraynaya VERİLSİN Yeni Çağ Media | Icma.az
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniya parlamentinin bir qrup deputatı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsini tələb edib.
Deputatlar hesab edirlər ki, bu addım həm “təcavüzkar ödəməlidir və ödəyəcək” mesajını vermək, həm də Ukraynanın maliyyə ehtiyaclarını ödəmək baxımından mühümdür.
Yenicag.az xəbər verir ki, məlumatı “The Times” nəşri yayıb və məktub ondan çox Britaniya deputatı, həmçinin Almaniya, Polşa, Baltikyanı ölkələr və Finlandiyadan olan yüksək vəzifəli parlament üzvləri tərəfindən imzalanıb.
Qeyd olunur ki, deputatlar Rusiyanın Mərkəzi Bankının dondurulmuş ehtiyatlarından 300 milyard dolların Ukraynaya köçürülməsi üçün hüquqi mexanizmlərin hazırlanmasını tələb edirlər.
Onlar vurğulayıblar ki, Böyük Britaniyanın hesablarında saxlanılan 25,5 milyard funt-sterlinqlik vəsait bu prosesə strateji töhfə verə bilər.
Məktubda həmçinin bildirilir ki, kreditlər və fövqəladə maliyyələşmə Ukrayna üçün kifayət deyil və bu yük Qərb vergi ödəyicilərinin üzərinə düşür.
Deputatlar hesab edirlər ki, yalnız Rusiyanın dondurulmuş aktivləri müharibənin səbəb olduğu zərərləri ödəyə bilər.
Tam oxu
Xəbəri oxu