Britaniyadan Rusiya rəsmilərinə qadağa!

24.02.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya bütün yüksək rütbəli rus siyasətçiləri, məmurları və iri müəssisələrin rəhbərlərinin öz ərazisinə girişini qadağan etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazır.

"Britaniya müharibənin üçüncü ildönümündə bütün yüksək rütbəli rus siyasətçilərinə ölkəyə girişi qadağan etməyi planlaşdırır", - nəşrin bəyanatında deyilir.

Bildirilir ki.ş Böyük Britaniyanın Daxili İşlər Nazirliyi  “bütün regional və federal nazirlərə, habelə Rusiyadan olan iri şirkətlərin rəhbərlərinə və yüksək səviyyəli menecerlərinə” qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

Londonun fikrincə, bu addım Rusiyaya təzyiqi artırmaq və eyni zamanda Britaniyaya qarşı iddia edilən “milli təhlükəni” azaltmaq üçün lazımdır.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью