Britaniyadan Trampa DƏSTƏK: “Qəzzada müharibəyə son...”

30.09.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın baş  naziri Keir Starmer  bazar ertəsi ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq planını alqışlayıb. Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə baş nazir bildirib: “Biz bütün tərəfləri bir araya gəlməyə, bu razılaşmanı yekunlaşdırmaq və reallığa çevirmək üçün ABŞ administrasiyası ilə işləməyə çağırırıq. HƏMAS indi bu planı qəbul etməli və silahlarını yerə qoyaraq, qalan bütün girovları azad etməklə əzablara son qoymalıdır”.

Bundan başqa K.Starmer əlavə edib: "Biz D.Trampın döyüşləri dayandırmaq, girovları azad etmək və Qəzza xalqına təcili humanitar yardımın çatdırılmasını təmin etmək səylərini qətiyyətlə dəstəkləyirik. Bu, bizim əsas prioritetimizdir və dərhal baş verməlidir".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью