Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya müdafiə ehtiyacları üçün Ukraynaya 2,26 milyard funt sterlinq və ya təxminən 3 milyard ABŞ dolları məbləğində kredit verir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz müvafiq saziş imzalayıblar.
İmzalanma mərasimi onlayn rejimdə baş tutub. Tədbirdə Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Key Starmer iştirak ediblər.